Gaz Market MMC

HAQQIMIZDA

Təbiət dostu, etibarlı və təmiz yanacaq olan təbii qazın Azərbaycan iqtisadiyyatı üçün mühüm bir alternativ olması, ölkəmizin enerji istehlakındakı rolu gün keçdikcə artır. Dünyada və Azərbaycanda get-gedə daha sıx istifadə edilməyə başlanması ilə birlikdə, təbii qazın paylaması və istehlakçıya çatdırılması sahəsində güclü və müştəri yönümlü şəkildə fəaliyyət göstərməyi özünün əsas iş prinsipi sayan “Gaz Market” MMC 2017-ci ildə yaradılmışdır. Fəaliyyətini mövcud qanunvericiliyə müvafiq qurmuş şirkətimiz müxtəlif təyinatlı binaların, biznes mənşəli müəssisələrin qazlaşdırılması işini hərtərəfli formada həyata keçirmək, bununla yanaşı sənədləşmə və digər ikincili işləri sürətlə aparır, nəticədə təbii qazın rahat və keyfiyyətli şəkildə istehlakçıya çatdırmaq prinsipini qəbul edirik.

 

“Gaz Market” MMC enerji resurslarının idarə edilməsi üzrə məhsulları və xidmətləri təklif edən və qlobal bazarda kifayət qədər əhəmiyyəti olan Itron şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir. Məhsulları və xidmətləri elektrik, qaz və su istehlakını ölçən və təhlil edən smart şəbəkə, ağıllı qaz və ağıllı su ilə bağlı yeni nəsil texnologiya həllərini əhatə edir. Təklif edilən məhsullara öz keyfiyyəti ilə seçilən elektrik, qaz, su və istilik enerjisi ölçmə cihazları və nəzarət texnologiyaları, kommunikasiya sistemləri, proqram təminatı daxildir, eləcə də şirkət idarəetmə və konsultasiya xidmətləri göstərir. Itron 100-dən çox ölkədə 8000-dən çox müştəriyə malikdir.

Müştəri məmnuniyyəti

Müvəffəqiyyətin ancaq yüksək müştəri məmnuniyyəti və əlaqələri ilə qazanıla biləcəyinə inanırıq. Buna görə də müştərilərimizin ilk seçimi olmaq üçün özümüzü davamlı inkişaf etdiririk.

Keyfiyyət

Bizim üçün keyfiyyət önəmlidir. Məhsul və xidmətlərimiz də daim keyfiyyətimizi qoruyur və daha da yaxşı olması üçün çalışırıq.

Güvən

Qurmuş olduğumuz möhkəm və uzun müddətli ticarət əlaqələrimiz ilə təqdim etmiş olduğumuz məhsul və xidmətlərimizin sizlərə ən yaxşı və keyfiyyətli bir şəkildə çatdırılmasına qarantiya veririk.