Qazdan təhlükəsiz istifadə qaydaları

foo bar alt text

Qazdan istifadə edən istehlakçıların və aidiyyəti təşkilatların vəzifələri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə Qaydaları”nda Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələrinin, qaz paylayıcısının (Qaz istismarı müəsissələrinin), qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri əks olunmuşdur. Həmin qaydalara əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına  və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələri tərəfindən keçirilmiş texniki baxışla bağlı 2 nüsxədən ibarət akt tərtib etməli və aktın bir nüsxəsəsini mütləq istehlakçıya təqdim etməlidir.Eyni zamanda Qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmağa borcludur. Təmir bərpa və digər texniki məsələlərlə əlaqədar qaz təchizatının dayandırılmasına zərurət yarandığı təqdirdə bu barədə istehlakçılara kütləvi informasiya və mənzil istismar sahələri vasitəsi ilə məlumat verilir. İstehlakçılar isə qaz qurğularını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Təbii qazdan istifadə edən əhalinin, idarə, müəssisə və təşkilat rəhbərlərininNƏZƏRİNƏYaşayış evlərində,  ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadə  zamanı Təhlükəsizlik Qaydalarına ciddi riayət  edilməlidir.       YADDA SAXLAYIN: - Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.- Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın- Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.- Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki işlək kranı bağlayın.- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin və mənzilin havasını dəyişdirib 104 №-li telefonla qaz-qəza xidmətinə müraciət edin.- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl  qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki  giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz-qəza xidmətinə xəbər verin.- Daxili qaz kəmərləri  və qaz cihazlarına  profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməyin.- Qaz sobalarının və su qızdırıcılarının  tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün  başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizlənməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.- İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəsissə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” na uyğun olaraq imtahan verməlidirlər.        QADAĞANDIR:-Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması.- Qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması.- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması.  Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız !

DİGƏR MƏLUMATLAR

Qaz istehlakçılarına qadağandır

İstehlakçılarına qadağandır

21 May 2019 Ətraflı oxu

Qazdan təhlükəsiz istifadə qaydaları

Qazdan təhlükəsiz istifadə qaydaları

21 May 2019 Ətraflı oxu

Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat

Qeyri yaşayış sahələrinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat

Fərdi yaşayış evlərinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Yeni tariflər necə hesablanacaq?

Yeni tariflər

19 Aprel 2019 Ətraflı oxu

Smart tipli sayğac koda düşdükdə nə etməli?

Smart sayğacın koda düşməsi

14 Mart 2019 Ətraflı oxu

Təbii qaz nədir ?

Rəngsizdir, iyisizdir, zəhərsizdir, havadan yüngüldür

11 Mart 2019 Ətraflı oxu