Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat
19 Aprel 2019
Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat
- Qeyri yaşayış obyektlərində qaz qurğularının qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra-sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “Asan Xidmət” və "Asan Kommunal" mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir.
2.Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci (iyirminci) iş günündə Asan Xidmət və "Asan Kommunal" mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir.
3.Texniki şərtlərin qüvvədə olma müddəti 2(iki) il qəbul edilir.
- Verilmiş texniki şərtlər əsasında xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı tərəfindən sifarişçinin öz vəsaiti hesabına layihə-smeta sənədləri hazırlanır.Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyətli dövlət qurumlarında qeydiyyatdan keçirilir.
- Hazırlanmış və aidiyyətli dövlət qurumlarında qeydiyyatdan keçirilmiş layihə-smeta sənədləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sifarişçinin vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir.
- Qeyri-yaşayış sahəsi qazlaşdırıldıqdan, qazlaşma işləri quvvədə olan qaydalara uyğun olaraq istismara qəbul edildikdən və dövlət yoxlamasından keçirilmiş qaz sayğacı quraşdırıldıqdan sonra istismara qəbul aktı, layihə-smeta və texniki-icra sənədləri təqdim edilməklə sifarişçi tərəfindən “Azəriqaz” İB-nin müvafiq struktur bölməsinə rəsmi müraciət olunur.
- “Azəriqaz” İB-nin müvafiq struktur bölməsinin mütəxəssisləri tərəfindən qeyri-yaşayış sahələrinə baxış keçirildikdən sonra qazlaşma işləri layihə-smeta sənədlərinə və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun həyata keçirilmiş olduğu halda qeyri-yaşayış sahələrinə təbii qazın açılmasına icazə verilir.
- Qeyri-yaşayış sahələrinə təbii qazın açılmasına verilmiş icazə əsasında “Azəriqaz” İB ilə sifarişçi arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanılır.
Paylaş:
DİGƏR MƏLUMATLAR
Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat
Fərdi yaşayış evlərinin qazlaşdırılması
Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Ödənişi səhvən koda yükləmişəm
Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
Alarm 3, Alarm 5, FO 44
Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Hündürmərtəbəli binalar
Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Dəyişdirilmiş Smart sayğac
Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Smart kart yararsız hala düşdükdə
Qaz sayğaclarının cıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi
Qaz sayğaclarının cıxarılması
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar
Texniki normalar
Qazdan təhlükəsiz istifadə qaydaları
Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür