Smart sayğacın ekranında FO24 və OFF yazıldıqda nə etməli?

Bu hal sayğaca kartın yüklənilməsi zamanı yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. İlk öncə kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili şəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisi tam və oxunulması mümkün vəziyyətdə şəkili çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaqdır. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaqdır. FO24 vəziyyəti Bu hal OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kartı yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır.

DİGƏR MƏLUMATLAR

Qaz istehlakçılarına qadağandır

İstehlakçılarına qadağandır

21 May 2019 Ətraflı oxu

Qazdan təhlükəsiz istifadə qaydaları

Qazdan təhlükəsiz istifadə qaydaları

21 May 2019 Ətraflı oxu

Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat

Qeyri yaşayış sahələrinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat

Fərdi yaşayış evlərinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Yeni tariflər necə hesablanacaq?

Yeni tariflər

19 Aprel 2019 Ətraflı oxu

Smart tipli sayğac koda düşdükdə nə etməli?

Smart sayğacın koda düşməsi

14 Mart 2019 Ətraflı oxu

Təbii qaz nədir ?

Rəngsizdir, iyisizdir, zəhərsizdir, havadan yüngüldür

11 Mart 2019 Ətraflı oxu
foo bar alt text

Qazdan təhlükəsiz istifadə qaydaları

Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür

18 Fevral 2019 Ətraflı oxu