Qaz istehlakçılarına qadağandır
21 May 2019
İSTEHLAKÇILARA QADAĞANDIR:
Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapayıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq;
Qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək;
Qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər etmək, tüstü bacalarının və havadəyişmə xətlərinin quruluşunu dəyişdirmək, havadəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq;
Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək;
Tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq;
İldə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan qazdan istifadə etmək;
Nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək;
İşləyən qaz qurğularını nəzarətsiz qoymaq (daimi fəaliyyət üçün nəzərdə tutulmuş və müvafiq avtomatlaşdırma ilə təchiz edilmiş cihazlardan başqa);
Qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün və qaz plitələrindən yaşayış sahəsinin qızdırılması üçün istifadə etmək;
Qaz sızmasının aşkarlanmasında açıq oddan istifadə etmək;
Qanunvericiliyə uyğun sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək;
Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurutmaq;
Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirmək və saxlamaq.
Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız !
Paylaş:
DİGƏR MƏLUMATLAR
Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat
Qeyri yaşayış sahələrinin qazlaşdırılması
Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat
Fərdi yaşayış evlərinin qazlaşdırılması
Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Ödənişi səhvən koda yükləmişəm
Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
Alarm 3, Alarm 5, FO 44
Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Hündürmərtəbəli binalar
Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Dəyişdirilmiş Smart sayğac
Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Smart kart yararsız hala düşdükdə
Qaz sayğaclarının cıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi
Qaz sayğaclarının cıxarılması
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar
Texniki normalar
Qazdan təhlükəsiz istifadə qaydaları
Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür