Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat
19 Aprel 2019
Aşağıdakı ümumi qaydalar fərdi yaşayış evlərinin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılmasını özündə əks etdirir:
Fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməli, ərizə formasını doldurmalı və razılaşma protokolu ilə tanış olmalıdır. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda eyni zamanda layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün də (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. İcraçı tərəfindən qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, işin həcmi müəyyən edilir və vətəndaşla İcraçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir.
Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, “smart” qaz sayğacı quraşdırıldıqda abonentə smart kartı verilir, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur.
Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və icraçı (əlaqə rekvizitləri “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərindən əldə edilməlidir) tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir.
Paylaş:
DİGƏR MƏLUMATLAR
Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat
Qeyri yaşayış sahələrinin qazlaşdırılması
Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Ödənişi səhvən koda yükləmişəm
Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
Alarm 3, Alarm 5, FO 44
Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Hündürmərtəbəli binalar
Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Dəyişdirilmiş Smart sayğac
Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Smart kart yararsız hala düşdükdə
Qaz sayğaclarının cıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi
Qaz sayğaclarının cıxarılması
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar
Texniki normalar
Qazdan təhlükəsiz istifadə qaydaları
Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür