Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar

Təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:· təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna  otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna  otaqlarının həcmi isə 6,0  m3 - dən az olmamalıdır;· vanna otağında ventilyasiya kanalı və  tüstü bacası olmalıdır;· vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün  qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 - dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;· vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;· vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;· təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.   Qaz plitələri quraşdırılan  mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir:· yaşayış binalarında qaz plitələri quraşdırılan  mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;· mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır;· mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.

DİGƏR MƏLUMATLAR

Qaz istehlakçılarına qadağandır

İstehlakçılarına qadağandır

21 May 2019 Ətraflı oxu

Qazdan təhlükəsiz istifadə qaydaları

Qazdan təhlükəsiz istifadə qaydaları

21 May 2019 Ətraflı oxu

Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat

Qeyri yaşayış sahələrinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat

Fərdi yaşayış evlərinin qazlaşdırılması

19 Aprel 2019 Ətraflı oxu

Yeni tariflər necə hesablanacaq?

Yeni tariflər

19 Aprel 2019 Ətraflı oxu

Smart tipli sayğac koda düşdükdə nə etməli?

Smart sayğacın koda düşməsi

14 Mart 2019 Ətraflı oxu

Təbii qaz nədir ?

Rəngsizdir, iyisizdir, zəhərsizdir, havadan yüngüldür

11 Mart 2019 Ətraflı oxu
foo bar alt text

Qazdan təhlükəsiz istifadə qaydaları

Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür

18 Fevral 2019 Ətraflı oxu