Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
19 Aprel 2019

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər. 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir. 3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır. 4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.
Paylaş:
DİGƏR MƏLUMATLAR
Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Smart kart yararsız hala düşdükdə
Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Dəyişdirilmiş Smart sayğac
Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Hündürmərtəbəli binalar
Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Ödənişi səhvən koda yükləmişəm
Fərdi yaşayış evlərinin qazlaşdırılması haqqında məlumat
Fərdi yaşayış evlərinin qazlaşdırılması
Qeyri yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat
Qeyri yaşayış sahələrinin qazlaşdırılması
Məişət qaz cihazları quraşdırılan otaqlarda tələb edilən texniki normalar
Texniki normalar
Qaz sayğaclarının cıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi
Qaz sayğaclarının cıxarılması
Qazdan təhlükəsiz istifadə qaydaları
Təbii qaz duzgün istifadə olunduğu zaman cox təhlükəsiz bir yanacaq növüdür